BANK

18 Noyabr

Goldman: Dollar qarşıdakı dövrdə də qlobal bazarlarda bahalaşmağa davam edəcək

Qlobal investisiya bankı "Goldman Sachs" strateqləri qeyd ediblər ki, digər qlobal mərkəzi banklar ABŞ Mərkəzi Bankının (FED) uçot dərəcəsini artırması ilə ayaqlaşmaqda çətinlik çəkdikləri üçün Dollar qarşıdakı dövrdə də qlobal bazarlarda bahalaşmağa davam edəcək.

"Fins.az"xəbər verir ki, bazarların zəif iqtisadi artım və inflyasiya məlumatlarına qarşı həssaslığını davam etdirdiyini qeyd edən strateqlər, "Dolların bahalaşmasının keçən ilə nisbətən daha dəyişkən və aşağı olmasını gözləyirik" deyiblər.

Digər tərəfdən, bank ABŞ iqtisadiyyatının tənəzzüldən yayına biləcəyinə dair proqnozunu qoruyur.

Bununla belə, strateqlər, dünyanın qalan ölkələrində iqtisadiyyatlardakı tənəzzül riskinin və bunun maliyyə sabitliyi üçün yaratdığı təhlükənin Dollara tələbi artırdığını və dolları gücləndirdiyini bildiriblər.

Strateqlərin fikrincə, Çin sıfır Kovid siyasətini gözlənildiyindən tez bitirsə və ya Rusiya-Ukrayna müharibəsində gözlənilməz yumşalma olarsa, dollar daha erkən tarixdə ucuzlaşamya başlaya bilər.