BANK

05 Noyabr

Neft Fondunun AÇG-dən gəlirləri 80%-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında (01.01.2022-01.11.2022 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 8 326 mln. ABŞ dolları təşkil edib ki, bu da illik 80,5% çoxdur.

ARDNF-dən "Fins.az"-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 4 612,1 mln. dollar səviyyəsində idi