AccessBank-ın növbəti “Retail Bankers School” layihəsinə (Riteyl Bankirlər Məktəbi) qəbul davam edir. Layihə iş təcrübəsi olmayan və bankçılıq üzrə karyerasını qurmaq istəyən ali məktəblərin yeni məzunları üçün nəzərdə tutulub.
3 ay davam edəcək layihənin bir hissəsi Baş ofisdə, qalan müddəti isə Bankın müxtəlif filiallarında baş tutacaq. Layihə çərçivəsində keçiriləcək təlimlərdə iştirakçılar bank məhsulları, bank işinin hüquqi aspektləri, müştəri xidmətləri, əməliyyat riskləri, çirkli pulların yuyulmasına qarşı mübarizə kimi mövzularla yaxından tanış olacaqlar. Təcrübə müddətində fərqlənən iştirakçılar layihə sonunda AccessBank komandasının rəsmi üzvü olmaq şansı qazanacaqlar.
Layihəyə qatılmaq üçün qeydiyyatdan keçmək mütləqdir:
“Retail Bankers School”-un (Riteyl Bankirlər Məktəbi) layihəsinin məqsədi gəncləri bankçılığa cəlb etmək, gələcəyin liderlərini yetişdirmək və onları işlə təmin etməkdir.
Qeyd edək ki, AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Hazırda Bankda fəaliyyət göstərən əksər əməkdaşlar Banka heç bir iş təcrübələri olmadan, universitetdən məzun olaraq qatılıblar.