BANK

14 Sentyabr

Mərkəzi Bank bu BOKT-un lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Omni Finance" MMC bank olmayan kredit təşkilatının lisenziyası ləğv olunub.

Bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 56-dən 55-ə düşüb.