Beynəlxalq valyuta birjalarında EURUSD cütlüyü son 2 gündə 1%-dən çox ucuzlaşaraq 0.9916 həddinə qədər geriləyib. Beləliklə, paritet 2002-ci ildəki 0.9952 səviyyəsindən aşağı düşüb və son 20 ilin yeni minimumunu yaradıb.
Xatırladaq ki, EURUSD cütlüyü iyulun ortalarında 1.0000 səviyyəsini test etmişdi.
Bu məzənnədi ki, enişin səbəbləri olaraq ABŞ Federal Ehtiyatlar Sisteminin sentyabr ayında keçiriləcək iclasında faiz dərəcələrini 75% artıracağına dair ehtimalların artması, Avropadakı quraqlıq, resessiya riski, Ukrayna-Rusiya müharibəsi və Rusiyadan Avropaya qaz nəqlinin dayandırılması kimi məqamları göstərmək olar.