BANK

10 Avqust

SİF: Kreditlərin 96,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına yönəldilib

2022-ci ilin ötən dövrü ərzində sahibkarların 1589 layihəsinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verilib.
"Fins.az" xəbər verir ki, iqtisadiyyatın sahələri üzrə verilmiş kredit sayının 96,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 2,5%-i sənaye məhsullarının istehsalı və emalı, 0,4 %-i turizm, 0,8%-i isə digər (xidmət, tibb və s.) sahələrin inkişafına yönəldilib.
Kreditlərin məbləğ üzrə 71%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 14,8%-i sənaye məhsullarının istehsalı və emalı, 2%-i turizm, 12,2%-i isə digər (xidmət, tibb və s.) sahələrin payına düşür.