Bir daha vurğulayıram ki, mənim kommersiya sektorundan gəlməyimlə uçot dərəcəsinin dəyişdirilməsinin heç bir aidiyyəti bağlılığı yoxdur.
"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Taleh Kazımov deyib.
O bildirib ki, uçot dərəcəsinin dəyişdirilməsinə və mənim keçmiş təcrübəm hansısa sekortdan gəlişim heç bir təsir göstərə bilməz. Nəzərə alsaq ki,bazarda yüksək likvidlik mövcuddur, əslində faiz dərəcələrinin dəyişdirlməsi kommersiya nöqteyi nəzərdən banklara daha faydalı olacaq.Sərbəst vəsaitlərin yerləşdirərək gəlir əldə edə bilirlər.
Taleh Kazımov bununla bağlı fikirlərini tamalayarakən "Bir daha vurğulayıram ki, mənim kommersiya sektorundan gəlməyimlə uçot dərəcəsinin dəyişdirilməsinin heç bir aidiyyəti bağlılığı yoxdur. Heç mən bunu şərh etmək də istəməzdim,"-deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva