BANK

25 İyul

Nağdsız əməliyyatların payının 55%-ə çatdırılmağı planlaşdırılır

Azərbaycan hökuməti 2027-ci ilədək ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payını 55%-ə çatdırmağı planlaşdırır.

"Fins.az" xəbər verir ki, bu proqnoz dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.

2022-ci il iyunun 1-nə Azərbaycanda nağdsız əməliyyatların xüsusi çəkisi 40% təşkil edib.

Strategiyada qeyd olunur ki, bu hədəfə nail olmaq üçün 2022-2026-cı illərdə nağdsız əməliyyatların həcmi 25% artacaq.

Müəllif:Aynur Qəniyeva