BANK

19 İyul

Xalq Bank 2022-ci ilin altı ayının yekunlarını açıqladı

2022-ci ilin II rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirməklə aktivlərini ilin əvvəli ilə müqayisədə 193 mln manat (8.25%) artıraraq 2 532.4 mln manata çatdırıb.

Bank 2022-ci ilin ilk yarımilini 11.83 mln manat xalis mənfəətlə başa vurmuşdur ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 6 mln manat daha çoxdur. Hesabat dövrünün sonuna Bankın cəmi kapitalı 456.3 mln manat təşkil etmişdir.

Ötən 6 aylıq dövr ərzində Bankın kredit portfelinin həcmi 54.4 mln manat (3.83%) artaraq 1 473.4 mln manat, depozit portfelinin həcmi isə 162.3 mln manat (10.52%) artaraq 1 705.61 mln manat təşkil etmişdir.

Xalq Bank əsas maliyyə göstəricilərinə görə ölkənin üç ən böyük özəl banklarından biri olmaqla bank sektorunda öz mövqeyini qoruyub saxlamaqdadır.

Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumatı www.xalqbank.az saytından, 138 Məlumat Mərkəzindən, həmçinin Facebook və Instagram səhifələrindən əldə etmək mümkündür.