BANK

28 İyun

İdarə Heyətinin sədri: PAŞA Bank makroiqtisadi şoklara qarşı dayanıqlıldır

PAŞA Bank makroiqtisadi şoklara qarşı dayanıqlıldır.

Fins.az xəbər verir ki, bunu “PAŞA Bank”-ın idarə heyətinin sədri Cavid Quliyev bankın fəaliyyət göstəriciləri ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə "PAŞA Bank" risklərin idarə edilməsi və bankın dayanıqlılığının artırması üçün "Strestest" sistemi hazırlanıb. Strestestlərdə makroiqtisadi vəziyyətin hansı istiqamətlərdə inkişaf edəcəyi ilə bağlı bir neçə makroiqtisadi ssenari hazırlanıb. Cavid Quliyev nəticələrə də toxunaraq "Aparılan son "Strestest"-lər göstərir ki, "PAŞA Bank" makroiqtisadi şoklara dayanıqlıldır. Maliyyə riskləri idarəolunan səviyyədədir, kapital adekvatlığı requlyatorun tələbinə uyğundur"- deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva