10 milyon dollar ekvivalentində 36 ay müddətində kiçik və orta biznesin maliyyələşməsi davam edəcək
Bunu "Fins.az" a açıqlamasında "Rabitəbank"-ın İdarə Heyətinin sədri Aydın Hüseynov deyib.
O bildirib ki, "Rabitəbank"-la dünyanın önəmli maliyyə qurumlarından biri olan Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında önəmli müqavilə imzalanıb.Müqavilə ölkəmizdə kiçik və orta biznes subyektlərinin maliyyələşdirilməsinə mühüm tövhə verəcək.
Aydın Hüseynov maliyyələşmənin manat yaxud xarici valyuta vasitəsi ilə həyata keçiriləcəyinə aydınlıq gətərərək "Tərəfdaşımız xarici maliyyə qurumu olmasına baxmayaraq maliyyələşmə manat valyutasında da həyata keçiriləcək. Rəqabətli faiz dərəcəsi ilə 10 milyon dollar ekvivalentində 36 ay müddətində kiçik və orta biznesin maliyyələşməsi davam edəcək.
Bank rəhbəri eyni zamanda beynəlxalq maliyyə qurumları ilə "Rabitəbank" arasında aparılan müzakirələrə də toxunaraq "Növbəti aylar ərzində yeni beynəlxalq maliyyə təşkilatları ilə maliyyələşmə müqavilələri imzanancaq. Bu yöndə həyata keçirdiyimiz ikitərəfli danışqlar yekunlaşdırılanda nəticələr geniş ictimaiyyətə açıqlanacaq,"-deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva