BANK

23 May

Naxçıvanda verilən kreditlərin həcmi 40%-ə yaxın artıb

2022-ci ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 95 milyon 907 min 100 manat məbləğində kreditlər verilib.

"Fins.az"  Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinə istinadən xəbər verir ki, bu bir il öncəki göstəricidən 39,2% çoxdur.

Verilmiş kreditlərin 8 milyon 433 min 100 manatı və yaxud 8,8 faizi qısamüddətli, 87 milyon 474 min manatı və yaxud 91,2 faizi uzunmüddətli kreditlər olub. 

Müəllif: Aynur Qəniyeva