Rusiyada vaxtı keçmiş xarici borclar üzrə istiqraz ödənişləri dollar və avro ilə həyata keçirilir.
“Fins.az” xəbər verir ki, bu haqda Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.
“2026-cı il müddətinə 71,25 milyon ABŞ dolları və 2036-cı il müddətinə 26,5 milyon avro dəyərində avroistiqraz ödənişləri həyata keçirilib. Beləliklə, ixrac sənədlərində göstərilən şərtlərə uyğun olaraq müvafiq öhdəliklər yerinə yetirilib”, - açıqlamada deyilir.
Qeyd edək ki, Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyanın ödəməli olduğu xarici borclarını ödəməməsi ehtimalı narahatlıq doğurub. Rusiya Maliyyə Nazirliyi aprelin 29-da bəyan edib ki, avroistiqraz ödənişini dollarla ödəyə bilib.
ABŞ administrasiyasının Rusiyanın gələcəkdə ödəyəcəyi istiqraz ödənişləri ilə bağlı necə mövqe sərgiləyəcəyi hələlik bəlli deyil