Ukrayna Rusiya ilə müharibə səbəbindən pisləşən maliyyə sistemini bərpa etmək üçün səylərini sürətləndirir. Bu çərçivədə Mərkəzi Bank gələn aydan etibarən pul siyasəti qərarlarında normala dönməyə hazırlaşır.
"Fins.az" xəbər verir ki, fevral ayında Rusiyanın ölkəyə müdaxiləsindən sonra Ukrayna Mərkəzi Bankının faiz qərarları dayandırılıb. İşğal iqtisadiyyatı alt-üst etsə də, inflyasiyanın artmasına da təkan verdi.
Yanvar ayında verdiyi son faiz qərarını açıqlayan Ukrayna Mərkəzi Bankı siyasət faizini 100 baza bəndi artıraraq 10%-ə çatdırıb. Bank növbəti iclaslarında qərarlarını təxirə salıb və iqtisadiyyat normallaşdıqdan sonra görüşlərin mütəmadi olaraq davam edəcəyi bildirilib.
Mövzu ilə bağlı məlumatı olan üç mənbə isə bankın iyun və ya iyul aylarında yeni qərar qəbul edə biləcəyini, iyulda isə daha yüksək ehtimalla qərar verə biləcəyini bildirib.
Bankın açıqladığı müharibədən əvvəlki təqvimə əsasən, pul siyasəti ilə bağlı növbəti görüşlər iyunun 2-də və iyulun 21-də baş tutacaq.