BANK

20 May

Rusiyadan gözlənilməz rubl hesabı AÇIQLAMASI

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, “Qazprom”un 54 təbii qaz müştərisi var və onların yarısı “Qazprombank”da rublla ödəniş sistemi üçün hesab açıb.
"Fins.az" xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, “Qazprom”un təbii qaz müştərilərinin yarısı “Qazprombank”da ödəniş sistemi üçün rublla hesab açıb.

Novak paytaxt Moskvada keçirilən “Yeni üfüqlər” adlı tədbirdə çıxışında Rusiya ilə Qərb ölkələri arasında enerji sektorunda gedən proseslərlə bağlı fikirlərini bölüşüb. .
"Şimal axını 2" qaz kəmərinin siyasi səbəblərdən dondurulduğunu bildirən Novak, "Bu siyasi səbəblərə görə yaxın gələcəkdə fəaliyyətə başlayacağını düşünmürəm. Ancaq Avropalı istehlakçıların ucuz, aşağı karbonlu qaynaqlara ehtiyacı var" deyə qeyd edib. 

O bildirib ki, düşünürəm ki, gələcəkdə layihəyə tələbat olacaq.

Müəllif:Aynur Qəniyeva