“İnvestisiya fəaliyyəti haqqında” qanun qəbul olunacaq.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Fins.az”-a açıqlamasında məlumat verib.
O bildirib ki, qanunda əsasən investorları qorumaq,onların qoyduğu investisiyaların qorunmasını təmin etmək baxımından müdaxilələrin qarşısını almaq əsk olunacaq.Bununla bağlı dövlət başçısının siyasətini qanunda daha geniş əks etdirmək,investisiya təşviqinə sahələrin sayını daha çox artırmaq özəl sektorun investisiya qoymağı daha da təşviq etmək nəzərdə tutulub.
Tahir Mirkişili qanunun qəbul olunacağı dəqiq vaxtı açıqlayaraq "Bu sahədə ümumilikdə təkliflər çoxdur ikinci oxunuşda onları nəzərə almağa çalışacağıq sessiyanın sonuna qədər bu qanun qəbul olunacaq,"-deyə bildirib.
Müəllif: Aynur Qəniyeva