Bildiyimə görə Mərkəzi Bankın yeni rəhbərliyi köklü dəyişikliklər, yeni paketlər üzərində işləməklə məşğuldur.
Bunu "Fins.az" -a Mərkəzi Bankın yeni rəhbərindən gözləntiləri barədə açıqlama verən millət vəkili Tahir Mirkişili deyib.
O bildirib ki, Mərkəzi Bankın yeni rəhbərindən istənilən halda gözlənti böyükdür. Bildiyimə görə Mərkəzi Bankın yeni rəhbərliyi köklü dəyişikliklər, yeni paketlər üzərində işləməklə məşğuldur. Bank və sığorta sahəsində islahatlar və yeni qanun layihələri hazırlanır.
Bank və sığorta sektorunda yeniliklərə ehtiyac olduğunu açıqlayan Tahir Mirkişili "Bu sahədə islahatlar aparmaq lazımdır. Cənab prezidentin bank sahəsi ilə bağlı verdiyi konkret tapşırıqlar var. Ümumilikdə Azərbaycan iqtisadiyyatında Bank sahəsinin oynadığı rol daha da aktivləşməlidir. Mən əminəm ki,yeni rəhbərlik bu istiqamətdə işləyir və gələcəkdə də bu fəaliyyəti davam etdirəcək,"-deyə əlavə edib.
Müəllif: Aynur Qəniyeva