BANK

16 May

Azərbaycan Mərkəzi Bankının rəhbərinə yeni müşavir təyin edilib

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinə yeni müşavir təyin edilib.

"Fins.az" xəbər verir ki, bu barədə Fərhad Vəliyev öz sosial şəbəkə hesabında qeyd edib.

Məlumata görə, Fərhad Vəliyev Mərkəzi Bankın sədri Taleh Kazımovun müşaviri təyin edilib.

O, daha öncə Taleh Kazımov "PAŞA Bank" rəhbəri olduğu dövrdə  onun müşaviri vəzifəsində işləyib. "PAŞA Bankda" 2010-cu ilin aprelində işə başlayan Fərhad Vəliyev  2022-ci ilin mayına qədər bu bankda müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, o daha öncə  “Premium Bank” (əvvəlki Silk Vey Bank) və Silk Vey Holdinqdə işləyib.

Müəllif: Aynur Qəniyeva