Goldman Sachs-ın sədri Lloyd Blankfein ABŞ-ın tənəzzülə hazır olmasının vacib olduğunu açıqlayıb.
"Fins.az" xəbər verir ki, Blankfein, Fed-in tarixi qiymət artımlarına yaxşı cavab verdiyini də qeyd edib. Bir nömrəli tənəzzül xəbərdarlığı ABŞ-ın ən böyük banklarından biri olan Goldman Sachs-dan gəlib.
Goldman Sachs İdarə Heyətinin sədri Lloyd Blankfein, ABŞ-da tənəzzülün çox, çox yüksək risk olduğuna diqqəti cəlb edərək, şirkətlərin və istehlakçıların hazır olmasının vacib olduğunu bildirib.
Bazar günü CBS-nin "Face the Nation" proqramında çıxış edən Blankfein, "Böyük bir şirkət idarə etsəydim, buna hazır olardım" deyə qeyd edib.
Blankfein, FED-in pul siyasəti ilə bağlı da qiymətləndirmələr etdi. FED-in inflyasiyanı aşağı salmaq üçün çox güclü alətlərə sahib olduğunu ifadə edən Blankfein, Fed-in bu məsələlərə yaxşı cavab verdiyini sözlərinə əlavə edib.
Müəllif:Aynur Qəniyeva