BANK

15 May

İranda 9 min bank hesabı bloklanıb

İranda 545 nəfərə məxsus 9 min 219 bank hesabı “qanunsuz və şübhəli valyuta və kriptovalyuta əməliyyatları”na görə bloklanıb.
"Fins.az" xəbər verir ki, İranda “şübhəli valyuta və kripto pul əməliyyatları” səbəbilə 9 min bank hesabı bağlanıb.

İran Kəşfiyyat Nazirliyinin yazılı açıqlamasında, Mərkəzi Bankla razılaşdırılaraq icazəsiz valyuta əməliyyatları ilə mübarizə planı çərçivəsində minlərlə bank hesabının bloklandığı bildirilib.

Açıqlamada qeyri-qanuni və şübhəli valyuta və kriptovalyuta əməliyyatları aşkar edilən 545 nəfərə məxsus 9219 bank hesabının bloklandığı və bu hesabların əməliyyat həcminin 60 trilyon bölmə (təxminən 1 milyard 985 milyon dollar) olduğu bildirilib.

Müəllif:Aynur Qəniyeva