BANK

12 May

Böyük Britaniya MB rəsmisindən "Daha çox faiz artımı" AÇIQLAMASI

İngiltərə Bankının (BOE) sədr müavini Dave Ramsden inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrinin daha da artırılmasının lazım olduğunu müdafiə edib.
"Fins.az" xəbər verir ki, Londonda Bloomberg-ə müsahibə verən Ramsden, inflyasiyanın bu il 7 faizdən yüzdə 10-a yüksələ biləcəyini, iş bazarının isə bankın gözlədiyindən daha güclü ola biləcəyini bildirib.

İnflyasiya ilə mübarizə çərçivəsində BOE faiz dərəcələrini 4 dəfə artıraraq 1%-ə çatdırıb. Bank ilin sonunda iqtisadiyyatda kəskin yavaşlama olacağı ilə bağlı xəbərdarlıq edib.

İnflyasiyadakı yuxarı risklərdən narahat olduğunu qeyd edən Ramsden, "Önümüzdəki aylarda daha da sərtləşdirməyə ehtiyac duyulduğuna dair təlimatın tərəfdarıyam" deyə qeyd edib. Ramsden, 2023-cü ilin ortalarında nisbətin 2,5 faiz olacağına dair bazar gözləntilərini şərh etməyib.