BANK

12 May

“Dünyanın ən yaxşı yeni banknotu” seçilən 50 manatlıq pul nişanının mükafatı Mərkəzi Banka təqdim edilib

Cari ilin 02-05 may tarixlərində İspaniyada təşkil edilmiş “Global Currency Forum 2022” çərçivəsində qaliblərə mükafatların təqdim edilməsi həyata keçirilmiş və “Dünyanın ən yaxşı yeni banknotu” tituluna layiq görülmüş 50 manatlıq pul nişanının qalibiyyət mükafatı (kubok) Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilib. 

"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə, 2022-ci ilin 22 fevral tarixində “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) tərəfindən dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində beynəlxalq konfrans keçirilmiş, Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın ən Yaxşı yeni Banknotu” tituluna layiq görülərək qalib seçilib.