BANK

11 May

Dollar lirə qarşısında bahalaşdı

Dollar lirə qarşısında 0.31% bahalaşaraq 15.40 lirəyə yüksəlib. Bununla da Dollar/TL məzənnəsi son 5 ayın maksimumuna çatıb.

Dollar indeksi son 20 ilin ən yüksək səviyyəsindədir.

Məlumata görə, Mərkəzi bankların, xüsusilə Federal Ehtiyatlar Sisteminin yüksək inflyasiya səbəbilə maliyyə siyasətini sərtləşdirməsi bu il əksər inkişaf etməkdə olan ölkələrin valyutalarının ucuzlaşmasına səbəb olub. Buna görə də lirə bu ilin yanvar-may aylarında 14% dəyər itirərək ən çox ucuzlaşan valyutalar sırasındadır.