BANK

10 May

Avropa Bankı: Enerji qiymətlərinin yüksəlməsi,ən azı qısa müddətdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)Enerji qiymətlərinin yüksəlməsi, çox güman ki, ən azı qısa müddətdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək.

"Fins.az" xəbər verir ki, bu barədə bankın “Regional İqtisadi Perspektivlər” (Regional Economic Prospects) icmalının may sayında deyilir.

İcmalda bildirilir ki, 2022-ci ilin birinci rübündə ÜDM artımı daha da sürətlənərək illik müqayisədə 6,8 faiz təşkil edib. Yüksək ərzaq qiymətləri 2022-ci ilin yanvar-mart aylarında inflyasiyanın illik müqayisədə orta hesabla 12,2 faizə qədər sürətlənməsinə səbəb olub. Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin əvvəlindən bəri maliyyələşdirmə dərəcəsini beş dəfə artıraraq, 2022-ci ilin mart ayında 7,75 faizə yüksəltməklə reaksiya verib. 

Avropa Bankının Regional İqtisadi Perspektivlər” (Regional Economic Prospects) icmalının may sayında "Enerji qiymətlərinin yüksəlməsi, çox güman ki, ən azı qısa müddətdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək.  kənd təsərrüfatı məhsullarının Rusiya və Ukraynaya ixraca mənfi təsir göstərməsinə baxmayaraq yüksək ixrac gəlirləri hesabına qeyri-neft sektorunun güclü artım tempini qoruyacağı gözlənilir,"-deyə qeyd olunur. 

Müəllif: Aynur Qəniyeva