BANK

10 May

AYİB: 2022-ci ildə Azərbaycanda ÜDM 4,5% artacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda ÜDM-in artımını 4,5% səviyyəsində proqnozlaşdırır.

Bu barədə bankın “Regional İqtisadi Perspektivlər” (Regional Economic Prospects) icmalının may sayında deyilir. 2022-ci ilin mart ayında bank cari il üçün Azərbaycanda ÜDM-in artımını 5% səviyyəsində proqnozlaşdırmışdı.

AYİB 2023-cü il üçün ÜDM-in artım proqnozunu 2,5% səviyyəsində saxlayıb.

“2021-ci ildə Azərbaycan iqtisadiyyatının bərpası qeyri-neft sektoru (artım 7,2%) ilə bağlı olub. Qeyri-neft sektorunda artımın drayverləri xidmət və sənaye istehsalı olub. Bütövlükdə, ötən il ölkədə ÜDM 5,6% artaraq gözləntiləri üstələyib”, - deyə icmalda qeyd olunur.