BANK

10 May

AYİB-dən iqtisadi artımla bağlı Rusiya qazı xəbərdarlığı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) dünyanın bir çox regionu üzrə artım proqnozlarını azaldığı halda, seçki öncəsi gözlənilən dövlət xərclərinə görə Türkiyə üzrə artım proqnozlarını dəyişməz saxlayıb.

"Fins.az" xəbər verir ki,bank xəbərdarlıq edib ki, Rusiya qazı kəsilərsə, azalma ola bilər
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Mərkəzi Asiya və Şimali Afrikanın inkişaf etməkdə olan iqtisadiyyatları üçün iqtisadi artım proqnozunu aşağı salmaqla yanaşı, xəbərdarlıq edib ki, Rusiya birdən-birə təbii qaz ixracını dayandırarsa, ümumi daxili məhsul karonavirus pandemiyasından əvvəlki göstəricilərə qədər (ÜDM) aşağı düşə bilər.

Seçkilərə qədər davam edəcəyi gözlənilən dövlət xərclərinə görə AYİB Türkiyə üzrə artım proqnozlarını dəyişməz saxlayıb.

Mart ayında fəaliyyət göstərdiyi 40-a yaxın ölkə üzrə iqtisadi proqnozlarını yeniləyən AYİB inkişaf etməkdə olan Avropa ölkələri, Mərkəzi Asiya və Şimali Afrika üçün iqtisadi artım proqnozunu 1,7 %-dən 1,1%-ə endirib. Ukrayna iqtisadiyyatında proqnozlardan daha güclü olacağı proqnozlaşdırılan daralma azalmada təsirli olub.