Qlobal iqtisadiyyatda maliyyə şərtlərinin sərtləşəcəyi ilə bağlı narahatlıqlar fonunda son 20 ilin ən yüksək səviyyəsinə çatan dollar indeksi bir çox ölkənin pul vahidlərini sıxışdırmağa davam edir.
Dollara artan tələb, bir çox ölkənin pul vahidlərini sıxışdırır.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı qeyri-müəyyənliklər, Çində COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər və ölkənin maliyyə tədbirlərinin sərtləşdirilməsi, eyni zamanda qlobal inflyasiya dolların məzənnəsinə təsir edir.
Dolların dəyərini ölçmək üçün istifadə edilən dollar indeksi qlobal tələbin artması səbəbilə pandemiya zamanı olan itkilərini tez bir zamanda kompensasiya edib. Belə ki, bu gün ABŞ dolları indeksi 104,2 olub. Bu da son 20 ilin ən yüksək səviyyədir.
Qlobal miqyasda davam edən geosiyasi risklər və pandemiya narahatlıqları avronun dollar qarşısında dəyərinin daha da azalmasına səbəb olub. Avro/dollar pariteti 1,05 səviyyəsində sabitləşib. Hazırda paritet son 5 ilin ən aşağı səviyyələrindədir.
İlin əvvəlindən bəri avro dollar qarşısında 9,8%, sterlinqin 9,2%, İsveçrə frankı 8,9%, Kanada dolları 2,9%, İsveç kronası isə 5,9% dəyər itirib.
© anadolu