BANK

09 May

Mərkəzi Bank: “Avropa 1970-ci illərdə olduğu kimi staqflyasiya ilə üzləşməyəcək”

“Pandemiyanın yaratdığı böhranın uzunmüddətli nəticələri, eləcə də Ukraynada baş verən hazırkı hadisələr Avropa iqtisadiyyatına mənfi təsir göstərir. Lakin, Avropa 1970-ci illərdə olduğu kimi staqflyasiya ilə üzləşməyəcək”.

Bu barədə Avropa Mərkəzi Bankının Rəhbərlər Şurasının üzvü Olli Rehn Almaniyanın “Die Welt” qəzetinə verdiyi müsahibəsində bildirib.

"Hətta enerji qiymətlərinin yüksəlməsi fonunda Avropanın staqflyasiya ilə üzləşməsi ehtimalı azdır. O vaxt və indiki vəziyyət bunun üçün çox fərqlidir. Bununla belə, hazırda staqflyasiya meylləri müşahidə olunur.  İqtisadi mühit onsuz da çox mürəkkəbdir və biz bu çox mürəkkəb mühitdə qərarlar qəbul etməliyik” , -  Rehn vurğulayıb.