Rusiya Mərkəzi Bankı 6 may 2022-ci il tarixinə dolların rəsmi məzənnəsini 66,23 rubl müəyyən edib ki, bu da əvvəlki göstəricidən 3,17 rubl aşağıdır.
"Fins.az" bankın saytına istinadən xəbər verir ki, tənzimləyici avronun rəsmi məzənnəsini də 2,71 rubl aşağı salaraq 70,06 rubla endirib.
Bundan əvvəl valyuta alqı-satqısı zamanı dollar və avro 2020-ci ilin yazında minimuma enmişdi.