BANK

29 Aprel

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar bu faktorlar nəzərə alınmaqla qəbul ediləcək

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir.

"Fins.az"xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair yaydığı məlumatında bildirilir. 

Bildirilib ki,geosiyasi və geoiqtisadi gərginliyin daha uzunmüddətli xarakter alması başlıca risk olaraq qalır. Bu, dünyada inflyasiya təzyiqlərinin yüksək olaraq qalmasına səbəb ola bilər. Tərəfdaş ölkələrdə yüksək qiymət artımları və təchizat zəncirindəki problemlər idxal üzərindən Azərbaycana təsir edə bilər. Monetar şərait, o cümlədən manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amildir. Valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənir. 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında profisitin artması ehtimalı yüksəlmişdir.