Monetar şərait pul siyasəti qərarlarının, habelə xarici mühitdə və fiskal sektorda gedən proseslərin təsiri altında formalaşmaqla inflyasiyaya azaldıcı təsir göstərir.
"Fins.az" xəbər verir ki, xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair yaydığı məlumatında bildirilir.
Məlumata görə,valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amil kimi çıxış etməkdə davam edir.
Monetar şəraiti formalaşdıran digər göstərici manatla pul bazası, profisitli dövlət büdcəsi şəraitində 2022-ci ilin ötən dövründə 7.2% azalıb. 2022-ci ilin sonuna pul bazasının artım proqnozu azalma istiqamətində təshih edilmişdir ki, bu da inflyasiyaya azaldıcı təsir göstərəcək.
2022-ci ilin I rübündə bank sistemi üzrə kredit portfeli 5.2% artmışdır. Bu dövrdə maliyyə sektorunun depozitləri çıxılmaqla əmanət və depozitlərin məbləği 3.9% artmışdır.
Ötən iclasdan bəri kredit və depozit faizlərində, eləcə də milli valyutada risksiz alətlər bazarındakı faizlərdə əhəmiyyətli dəyişiklik baş verməmişdir.