BANK

29 Aprel

Rusiyadan faiz endirimi

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 300 baza bəndi azaldaraq 14%-ə endirib.

"Fins.az"xəbər verir ki,bank bu il inflyasiyanın 23 faizə yüksələ biləcəyini proqnozlaşdırıb.
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 300 baza bəndi azaldıb, 17%-dən 14 %-ə endirib.

Bank Rusiya iqtisadiyyatının bu il 8-10% daralacağı ilə bağlı proqnozunu bölüşüb.

Ukraynanı işğal edən Rusiyada inflyasiya mart ayında 16,7%-ə yüksəlib. Bank bu gün verdiyi açıqlamada bu il illik inflyasiyanın 18-23% aralığında olacağı proqnozunu əlavə edib.

Xarici mühit Rusiya iqtisadiyyatı üçün çətin olmaqda davam edir və bu, iqtisadi fəaliyyətə mənfi təsir göstərir. Qiymət artımı və maliyyə sabitliyi üçün risklər olmadığından siyasət faizinin aşağı salınması üçün lazımi şərait yaradılıb.