BANK

29 Aprel

Taleh Kazımov: Üzən məzənnə daha fundamental yanaşma tələb edir

Üzən məzənnə daha fundamental yanaşma tələb edir. 

"Fins.az"xəbər verir ki, bunu Mərkəzi Bankın rəhbəri Taleh Kazımov deyib.

 O bildirib ki, hazırda geosisyasi və geoiqtisadi vəziyyəti  şəraiti nəzərə alaq tədiyyə balasının cari əməliyyat hesabının profsitini, ümumiyyətlə fiskal büdcənin profsitini, inflyasiyanın artımını nəzərə alsaq sözsüz ki, ən doğrusu sabit məzənnə rejimində davam etməkdir.

O eyni zamanda üzən məzənnə rejiminə keçidə də toxunaraq "Üzən məzənnə daha fundamental yanaşma tələb edir. O rejimə keçməmişdən öncə infrastrukturda və pul siyasətində maliyyə sektorunda  dəyişiklikləri  fundamental olmalıdır,"-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva