BANK

29 Aprel

Əcnəbilər martda bank kartları ilə 158,5 mln. manatlıq əməliyyat

Bu ilin mart ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 158,5 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Fins.az"a verilən məlumata görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 70% artıb.
2022-ci ilin yanvar-mart aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə ümumilikdə 549,7 mln. manatlıq əməliyyat aparıblar, ki bu da ötən ilin ilk üç ayının göstəricisini 2 dəfəyədək üstələyir.