Mandatlarımıza gəldikdə ilk növbədə qiymətlərin sabitliyi nöqteyi nəzərdən biz bank olaraq pul bazarının inkişafına fokslanırıq. Maliyyə sektoruna yeni maliyyə alətləri təqdim edilməsi müzakirə olunur.
"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi bankının sədri Taleh Kazımov deyib
O bildirib ki, bu gün artıq vəzifəmin icrasının 2 həftəsi keçib.Bu 2 həftə ərzində sözsüz ki təşkilatı məsələlərlə paralel Mərkəzi Bankın mandatına uyğun olaraq artıq komanda ilə birgə müzakirələr və təhlillər başlamışıq.
Taleh Kazımov pul bazarının inkiafı ilə bağlı da açıqlama verərək " Mandatlarımıza gəldikdə ilk növbədə qiymətlərin sabitliyi nöqteyi nəzərdən biz bank olaraq pul bazarının inkişafına fokslanırıq. Maliyyə sektoruna yeni maliyyə alətləri təqdim edilməsi müzakirə olunur,"-deyə fikirlərini davam etdirib.
Müəllif: Aynur Qəniyeva