Sahibkarların gömrük ödənişlərində qarşılaşdıqları müəyyən qədər gecikmələr bu il ərzində öz həllini tapacaq.
Bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Dövlət Gömrük Komitəsinin nümayəndəsi Eldar Abbasov deyib.
Onun sözlərinə görə, bu gecikmələr pul vəsaitlərinin müxbir bank hesabları arasında olan gecikmələrlə bağlıdır.
"Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə edilən ödənişlər dərhal hesabda görsənir, amma bank transferləri olduğu təqdirdə müəyyən gecikmələr olur. Bunu Mərkəzi Bankın ani ödənişlər sistemi vasitəsilə də həll etməyə çalışırıq. Məsələdən HÖP administrasiyasının xəbəri var və bu il ərzində məsələ öz həllini tapacaq",- deyə Eldar Abbasov qeyd edib.
(c)APA