BANK

28 Aprel

Bank Respublika müştəriləri KorpON terminallarından istifadə edə biləcək

Sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, Bankın müştəriləri olan fərdi sahiblarlara və hüquqi şəxslər üçün yeni imkan yaradıb.

Belə ki, Bankın müştərisi olan fərdi sahibkarlar və hüquqi şəxslər banka gəlmədən iri həcmli nağd pul vəsaitlərini KorpON terminalları vasitəsilə tək-tək deyil, toplu şəkildə bank hesablarına mədaxil edə biləcəklər. Bunun üçün sadəcə olaraq Banka yaxınlaşaraq xüsusi kod almaq kifayətdir. Hazırda terminalların birdəfəlik mədaxil limiti 100 000 AZN təşkil edir və yalnız AZN valyutası qəbul olunur.

Artıq bankda iş vaxtı bitsə belə, Bank Respublika müştəriləri korporativ hesablarına öz vəsaitlərini KorpON terminalları vasitəsilə rahatlıqla və sürətli yerləşdirə biləcək!

KorpON terminallarından istifadə edən şəxslərin bankda növbə gözləməyə, hər hansı bir sənəd təqdim etməyə ehtiyac qalmayacaq. Terminallar 1-ci klass təhlükəsizlik dərəcəsinə malik seyf sistemi, həmçinin Giesecke+Devrient (Giziki + Devirint) pul qəbuledici sistemləri ilə təchiz olunub.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.