BANK

26 Aprel

"PAŞA Bank" -ın xalis mənfəəti 2 dəfədən çox artıb -HESABAT

2022-ci ilin aprelin 1-nə olan məlumata görə, "PAŞA Bank" ASC -nin xalis mənfəəti ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfədən çox artaraq 38 milyon 326 min manat təşkil edib. 

"Fins.az" xəbər verir ki, 2022-ci ilin birinci rübündə bankın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 12.5% aratarq  71 milyon 495 min manat təşkil edib   "PAŞA Bank" ASC -ni qeyri-faiz gəlirləri isə 23 milyon 378 min manatdan 26 milyon 309 min manata yüksəlib

2022-ci ilin 1-ci rübündə "PAŞA Bank"ın əməliyyat mənfəəti 43 milyon 525 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 7 milyon 374 min manat mənfəətə əlavə edilib. PAŞA Bank 12 milyon 572 min manat mənfəət vergisi ödədiyib.