Yelo Bank 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqladı. Bank əsas maliyyə göstəriciləri üzrə pozitiv artım dinamikasını qorumaqla ilə parlaq şəkildə başlayıb. Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 145 milyon, yəni 27% artaraq 678 milyon manatı ötüb.
Bank kredit portfeli üzrə də uzun müddətdir ki, artım tendensiyasını qoruyub saxlayır. Belə ki, 2021-ci ilin sonu ilə müqayisədə kredit portfeli 26 milyon manat artaraq 472 milyon manata çatıb. Hesabat dövrü ərzində Bank real sektorun maliyyələşməsinə 77 milyon manat kredit ayrılıb.
İlk rüb ərzində 4000-ə yaxın müştəriyə 27 milyondan çox istehlak krediti verilib və nəticədə bu istiqamət üzrə kredit portfeli 8 milyon artaraq 119 milyon manata çatıb. Bu satışın demək olar ki, 30%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
Bu dövr üzrə əmanət portfelində də 100 milyon manatlıq 28% artım müşahidə olunur. Bunun fiziki şəxslərin əmanətləri hesabına baş verməsi müştərilərin Yelo Bank-a inamının da artmasını göstərir. Belə ki, 2022-ci ilin ilk 3 ayı ərzində 1200-dən çox müştəri öz əmanətlərini Yelo Bank-a etibar edib və Bankın depozit portfeli 452 milyon manatı ötüb.
Eyni zamanda hesabat dövrü üzrə Bankın xalis faiz gəlirləri 12 milyon manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20% artım deməkdir. Qeyd edək ki, Bank 3.4 milyon kredit ehtiyatı yaradaraq rübü 345 min manat mənfəət ilə tamamlayıb. İlk rüb üzrə qeyri-faiz gəlirləri 1.3 milyondan çox olub ki, bu da ötən ilin eyni dövrü üzrə müqayisədə 2 dəfədən çox artım deməkdir.
Bank-ın məcmu kapitalı 89 milyon manat təşkil edib ki, bu da requlyativ tələbdən 39 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 14.61%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9.33% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov 1-ci rübün maliyyə nəticələrini belə şərh edib: "Bankımızın həm ötən il, həm də bu ilin ilk ayları üzrə nəticələrinə baxdıqda inkişaf strategiyamız üzrə düzgün irəlilədiyimizə bir daha əmin oluram. Təbii ki, bu nəticələr peşəkar komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. 2022-ci ilə hədəflərimizə uyğun start vermişik. Bu il müştərilərimizin həyatını rahatlaşdıracaq daha bir neçə yeni rəqəmsal məhsullarımızı istifadəyə verməyi və xüsusilə regional istiqamətdə xidmət şəbəkəmizi genişləndirməyi nəzərdə tutmuşuq."
Qeyd edək ki, Bank 2022-ci ilin ilk rübü ərzində Salyanda və Ağcabədidə olmaqla artıq 2 yeni regional filialını istifadəyə verib.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!