“Bank Respublika” ASC-nin xalis mənfəəti 2022-ci ilin 1-ci rübü 6 milyon 42 min manat təşkil edib ki,bu da ötən ilin analoji dövrü ilə müqaisədə 2.1 dəfə artımın göstəricisidir.
"Fins.az" bankın 2022-ci ilin ilk 3 ayının maliyyə hesabatına istinadən xəbər verir ki, “Bank Respublika” ASC-nin əməliyyat mənfəəti 5 milyon 690 min manat təşkil edib.
Aktivləri artıb
2022-ci ilin aprel ayının 1-nə olan göstəricilərə görə 2021-ci ilin 1-ci rübünə nisbətən “Bank Respublika”nın aktivləri 7 milyon 788,641 min manat artaraq 1 milyard 111 milyon 925.55 min manat təşkil edib. Banlın cəmi aktivləri ötən ilin müvafiq dövrünə nisbətən 14 milyon 988 min manat və ya 1.2% artaraq 1 milyard 247 milyon 356 min manata yüksəlib.2022-ci ilin ilk 3 ayında “Bank Respublika” ASC-nin cəmi öhtəlikləri və kapitalı ötən ilin müvafiq dövrünə nisbətən 1.2% artaraq milyard 247 milyon 356 min manat təşkil edib.
Kredit portfeli artıb
Cari ilin ilk rübündə bankın müştərilərə verilmiş kreditlər (kredit portfeli) 42 milyon 548 min manat artaraq 762 milyon 489 min manata çatıb.
Kapitalı artıb
Hesabat dövründə bankın kapitaı illik müqaisədə 3 milyon 362,88 min manat artaraq 84 milyon 255,32 min manat olub.
Müəllif:Aynur Qəniyeva |