BANK

25 Aprel

VTB (Azərbaycan) I rübü 5.5 milyon xalis mənfəətlə başa vurub

“Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb.

31 mart 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 11.6 milyon manat, o cümlədən faiz gəlirləri 6.2 milyon manat, qeyri-faiz gəlirləri – 5.4 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 71%, qeyri-faiz gəlirləri isə 3.1 dəfə artıb. Gəlirlərin artımı xalis kredit portfelinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.4% böyüməsinın, həmçinin tranzaksiya biznesinin və hüquqi şəxslərin hesablaşma əməliyyatlarının artımının nəticəsidir.

Qeyd etmək lazımdır ki, bank hesabat dövründə 3.4 milyon manat həcmində əməliyyat mənfəəti əldə edib. Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq birinci rübün sonuna 5.5 milyon manat təşkil edib.

Bankın kapitalı ilin əvvəlindən 8% artaraq hesabat dövrünün sonuna 74.2 milyon manat təşkil edib.