2022-ci ilin yanvar-mart aylarında banklar 173.9 mln. manat xalis mənfəət, 275.4 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.
"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, cari ilin I rübü ərzində banklar tərəfindən 41.6 mln. manat məbləğində mənfəət vergisi ödənilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.5% və ya 9.5 mln. manat daha çoxdur.
Müəllif:Aynur Qəniyeva