Rusiyanın "görünməmiş" təzyiqə məruz qaldığını bildirən Putin, bildirib ki, vəziyyət stabilləşir. Rublun xarici valyuta qarşısında dəyəri fevralın ilk yarısı səviyyəsinə qayıdıb. Banklardakı nağd pullar yenidən əlçatan olur və vətəndaşların əmanətlərinin həcmi artır
Rusiya prezidenti Vladimir Putin milli valyutalarla ticarətə keçidin sürətləndirilməsinə ehtiyac olduğunu ifadə edərək, “Biz etibarlı ticarət tərəfdaşları ilə milli valyutalarla ticarətə keçidi sürətləndirmək də daxil olmaqla, iş dünyasına maksimum dəstək verməliyik”. deyə qeyd edib.
Rusiya iqtisadiyyatı ilə bağlı hökumət rəsmiləri ilə görüşdə Putin Qərb ölkələrinin sanksiyalarla istədiklərinə nail ola bilməyəcəyini bildirib.
Qərb ölkələrinin Rusiya bank sistemini çökdürməyi və bazarlardakı məhsul qıtlığını hədəflədiklərini ifadə edən Putin, "Ancaq Rusiyaya qarşı bu siyasətin nəticə vermədiyini deyə bilərik. Üstəlik, bu sanksiyalar onları tətbiq edənlərə zərər verir. İnflyasiya və işsizlik artır. ABŞ və Avropada iqtisadi vəziyyət pisləşir.Mən avropalıların həyat səviyyəsinin aşağı düşməsindən danışıram”-deyə fikirlərini davam etdirib.
Rusiyanın "görünməmiş" təzyiqə tab gətirdiyini vurğulayan Putin, "Vəziyyət stabilləşir. Rublun xarici valyuta qarşısında dəyəri fevralın ilk yarısı səviyyəsinə qayıtdı. Banklardakı nağd pul yenidən əlçatan olur və vətəndaşlar əmanətlərin həcmi artır”.,-deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva