BANK

18 Aprel

"PAŞA Yatırım Bankası"nın rəsmisindən Türkiyə üçün ev krediti ilə bağlı AÇIQLAMA

Azərbaycanlıların Türkiyədə mənzil almağa marağı Bakıda fəaliyyət göstərən "PAŞA Yatırım Bankası"nın da diqqətini cəlb edib. 2015-ci ildən Türkiyədə fəaliyyət göstərən bank azərbaycanlıların Türkiyədə ev almasını asanlaşdırmaq üçün aprel ayından etibarən Azərbaycan vətəndaşlarına mənzil krediti verməyə başlayır.

"Fins.az"türk mətbuatına istinadən xəbər verir ki,kredit Azərbaycan manatı, Amerika dolları və ya avro ilə yanaşı türk lirəsi ilə də istifadə oluna bilər. Bank gələcəkdə Türkiyə vətəndaşlarına da  kredit verməyi planlaşdırır.

"PAŞA Yatırım Bankası"nın baş direktor müavini Hale Yıldırım bildirib ki, “İki qardaş ölkə Türkiyə və Azərbaycan olaraq iki dövlət, bir millətik”  Azərbaycanın Türkiyəyə marağı yüksəkdir, bura onların da vətənidir. Biz "PAŞA Yatırım Bankası" olaraq 2021-ci ildə Premium Banking bölməmizi yaradaraq fərdi müştərilərə investisiya məhsulları təklif etməyə başladıq.

Yıldırım 2022-ci il üçün yalnız Azərbaycan vətəndaşlarını hədəfləməklə yanaşı, qarşıdakı dövrdə Türkiyə vətəndaşlarına da mənzil krediti verməyi planlaşdırdıqlarını açıqlayıb.

Bu il bunu  pilot layihə kimi həyata keçirəcəklərini ifadə edən Yıldırım, “Bu məhsulda ipoteka məbləği alınacaq daşınmaz əmlakın 70%-i ilə məhdudlaşacaq.Müddət məbləğdən və valyuta növündən asılı olaraq orta hesabla 5 il olacaq”-deyə bildirib. 

Azərbaycanda yeni ev qiymətlərinin yüksək olmasının məzənnədən asılı olaraq Türkiyədəki ev qiymətlərini azərbaycanlılar üçün daha cəlbedici etdiyini bildirən Hale Yıldırım, “Türkiyəyə tez-tez səfərlər və Türkiyəyə təhsil almağa gələn universitet tələbələri də mənzilə tələbatı artırır. Həm TÜİK-in hesabatlarında, həm də sorğumuzda böyük şəhərlərə tələbat olduğunu gördük. Ankara, İzmir, Antalya və Muğla başda olmaqla İstanbula maraq yüksəkdir.Mənzillərə və fərdi yaşayış evlərinə maraq olduğunu deyə bilərik”.

2021-ci ildə əcnəbilərə 58 min 576 ev satıldığı halda, bunun 1.517-sinin  Azərbaycan vətəndaşları aldığını bildirən Hale Yıldırım, “Azərbaycan ən çox ev satılan ölkələr arasında səkkizinci yerdədir. 2020-ci ildə ev satışlarının sayı 1279 olub. 2022-ci ilin ilk 2 ayına baxdığımızda əcnəbilərə edilən satışların sayı 8777 olub, bunun 182-si azərbaycanlılara edilib. Ötən ilin ilk iki ayında bu rəqəm 145 olub. Bu onu göstərir ki, il yaxşı daxil olub. Azərbaycanın Türkiyəyə marağı yüksəkdir”, - deyə əlavə edib. 

Müəllif: Aynur Qəniyeva