ABŞ-ın Goldman Sachs bankı yaxın iki ildə ABŞ-da tənəzzül ehtimalının 35% olduğunu bəyan edib.
"Fins.az" xəbər verir ki, bankın təhlilinə görə, Fed-i yumşaq eniş qarşısında çətin bir yol gözləyir.
FED-in qeyri müəyyən açılamaları fonunda ABŞ iqtisadiyyatında tənəzzül gözləntiləri də artır.
Goldman Sachs bəyan edib ki, ABŞ-da növbəti iki il ərzində tənəzzül ehtimalı 35 %-dir. Bankın dəyərləndirməsinə görə, FED-i tənəzzülə səbəb olmadan inflyasiyanı soyutmaq üçün çətin bir yol gözləyir.
Fed-in qarşılaşacağı əsas problem, işsizliyə səbəb olmadan maliyyə şərtlərini sərtləşdirərək, əmək haqqı artımlarını 2 faizlik inflyasiya hədəfinə uyğun saxlamaqla, iş imkanları ilə işçilər arasındakı uçurumu aradan qaldırmaqdır.
Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri tənəzzül ehtimalının 27,5% olduğunu göstərir. İqtisadçılar ilin son rübündə ölkədə inflyasiyanın 5,7% olacağını proqnozlaşdırırlar.