BANK

15 Aprel

"PAŞA Yatırım Bankası"nın qiymətli kağızları delistinq edilib

“PAŞA Yatırım Bankası A.Ş"nin AZ2003020172 ISIN kodlu qiymətli kağızlarının tədavül müddəti bitdiyinə görə delistinq edilib.

"Fins.az" xəbər verir ki, bu barədə "Bakı Fond Birjası" məlumat yayıb.

“PASHA Yatırım Bankası” “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsidir.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (təxminən 58 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.