Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini 0% səviyyəsində saxlayıb .
"Fins.az" xəbər verir ki, bu qərarın fonunda avro dollara nisbətən ucuzlaşaraq 1.08 dollar səviyyəsinə enib.
Bu, göstərici 2020-ci ilin may ayından etibarən avro üçün dollara nisbətdə ən aşağı səviyyədir.
Qeyd edək ki, avro son 12 ayda dollara nisbətdə demək olar ki, 10% ucuzlaşıb.
Bu eniş ilin sonunadək davam edəcək, çünki Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini artırmaq niyyətində deyil, lakin yüksək təzyiqlərin olması, əlavə olaraq inflyasiya təzyiqləri bu strateqiyanı dəyişə bilər.