BANK

14 Aprel

Avro dollar qarşısında rekord həddə UCUZLAŞDI

Avro/dollar pariteti Avropa Mərkəzi Bankının sədri Laqardın açıqlamalarından sonra 1,07 ilə 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb.

"Fins.az" xəbər verir ki, Avro/Dollar Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışından sonra 1,07 ilə 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb.

AMB prezidenti Laqard aprel ayında keçirilən pul siyasəti iclasından sonra keçirilən mətbuat konfransında faiz artımının aktiv alışlarının bitməsindən sonra başlayacağını bildirib. Açıqlamalarda sərtləşmədə tələsik olacağına dair heç bir siqnalın olmaması avronun ucuzlaşmasına səbəb olub.