Fəaliyyəti dövrü ərzində hər zaman cəmiyyətə qarşı olan məsuliyyətini anlayan və bu istiqamətdə bir çox işlərə imza atan, ölkənin aparıcı banklarından olan Bank of Baku, Korporativ sosial məsuliyyət proqramına sadiq qalaraq Azərbaycan incəsənəti və mədəniyyətinə dəstəyini göstərib.
Bank, kökləri qədim zamanlara gedib çıxan teatr sənətini günümüzdə davam etdirən, “Əngəlsiz, Sərhədsiz, Azad” şüarı ilə səhnədə xariqələr yaradan ƏSA Teatrına dəstək göstərəcək.
Qeyd edək ki, 2016-cı ildə yaradılan ƏSA Teatrı, ölkəmizin, eyni zamanda Qafqazın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrıdır.
Layihənin əsas məqsədi sadəcə, incəsənətin inkişafı və təşviqi deyil, eyni zamanda fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasının bərpa və sürətləndirməsinə dəstək olmaqdır.
20 aprel tarixində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında "Adamlar və siçanlar" tamaşasını səhnələşdirməyi planlaşdıran ƏSA Teatrı gələcək günlərdə də fərqli tamaşalarla izləyicilərinin qarşısına çıxacaq.
Bank of Baku-nun keçirdiyi layihələr və bank haqqında ətraflı məlumat almaq üçün 145 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi veb səhifəsinə //www.bankofbaku.com, “Facebook” səhifəsinə www.facebook.com/bankofbaku daxil ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi