BANK

14 Aprel

Çin Mərkəzi Bankı uçot dərəcəsini azaltmağa hazırlaşır

Çin Nazirlər Kabinetinin dünənki faiz mesajlarından sonra Cümə günü siyasət faizinin bu il ikinci dəfə endirilməsi gözlənilir.
"Fins.az"xəbər verir ki, Çin Xalq Bankının cümə günü keçiriləcək iclasında uçot dərəcəsini aşağı salacağı gözlənilir. Bankın, həmçinin kilidləmələrdən təsirlənən iqtisadiyyatı dəstəkləmək üçün ehtiyat tələblərini azaltması gözlənilir.

Bloomberg sorğusuna əsasən, 22 iqtisadçıdan 16-sı Federal Ehtiyat Sisteminin bir illik kreditlər üçün istinad dərəcəsini aşağı salacağını gözləyir. 12 iqtisadçı 10 bəndlik azalma gözləyir. Sözügedən faiz 2,85% səviyyəsindədir.

Çin Mərkəzi Bankın siyasət alətlərindən istifadə edəcəyini, o cümlədən zərurət yaranarsa məcburi ehtiyat əmsallarının azaldılmasını elan etdikdən sonra bu, məcburi ehtiyat normalarının azaldılması gözləntilərinə səbəb olub.

Məcburi ehtiyatlar sonuncu dəfə ötən il iyul və dekabr iclaslarında Baş nazir Li Keqiang-ın oxşar bəyanatlarından sonra azaldılmışdı.

Citigroup ehtiyat tələblərində kütləvi 50 bəndlik azalma ilə bazara 1,2 trilyon yuan (188 milyard dollar) daxil etməyi gözləyir. Nomura və Goldman Sachs da eyni ölçüdə ehtiyat tələbinin azaldılmasını nəzərdə tutur.